AZ

Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Türkiyədə azərbaycanlı həkim-mütəxəssis Fərqanə Abbasova vəfat edib.

 

Bu barədə Türkiyə Psixiatriya Dərnəyi "Instagram" hesabında açıqlama yayıb.

 

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

 

Fərqanə Abbasova 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub. 2021-ci ildə o, İstanbul Universiteti - Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisası üzrə məzun olub, Türkiyədə bir sıra xəstəxanalarda işləyib.

Tarix: 2 Noyabr 2025, 16:03   
Seçilən
8
18
pravda.az

10Mənbələr