AZ

Əhməd Əl Şaraa Vaşinqtona GEDƏCƏK

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd Əl Şaraanın noyabr ayında ABŞ-yə səfər edəcəyini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə SANA XİN rəhbərinə istinadən məlumat yayıb.

Nazir konkret tarix demədən bildirib ki, bu ay Əl Şaraanın Ağ Evə səfəri planlaşdırılır və orada Suriyanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı danışıqlar aparacaq.

Səfərdə həmçinin Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi məsələsinin də müzakirə olunacağı gözlənilir. XİN başçısının sözlərinə görə, sanksiyaların davam etdirilməsi üçün heç bir səbəb yoxdur.

Bundan əvvəl o, ABŞ Prezidenti Donald Trampla Ər-Riyadda, sonra isə BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüb.

Bir gün əvvəl ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak "Axios"a bildirib ki, Əl Şaraa noyabrın 10-da Vaşinqtona səfər etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
8
modern.az

10Mənbələr