İspaniyanın "Barselona" klubu İngiltərə millisinin futbolçusu Harri Keynin transferini yekunlaşdıra bilər.
Azreform.info xəbər verir ki, Almaniya təmsilçisi "Bavariya"da çıxış edən 32 yaşlı hücumçunun müqaviləsindəki 65 milyon avroluq sərbəstqalma bəndi 2026-cı ilin yayında qüvvəyə minəcək.
Kataloniya təmsilçisi 37 yaşlı Robert Levandovskinin yerinə başqa oyunçu axtarışındadır.
Səudiyyə Ərəbistanı klubları da Harri Keynlə maraqlanır.