AZ

"Qarabağ"ın 1 milyon xərclədiyi oyunçudan XOŞ XƏBƏR VAR!

Millimizin üzvü Aleksey İsayevdən xoş xəbər var.

"Sabah"ın yarımmüdafiəçisi uzunmüddətli zədədən qayıdıb.

29 yaşlı orta sahə oyunçusu artıq komanda məşqlərində iştirak edir.

Qalır Valdas Dambrauskasın ona nə vaxt şans verəcəyi.

Əlbəttə, bunun üçün İsayevin idman formasını tam bərpa etməsi lazımdır.

Təcrübəli oyunçu 2024-cü ilin yanvarında təxminən 1 milyon qarşılığında "Sabah"dan "Qarabağ"a transfer edilmişdi.

Ümidləri doğrultmayınca bu ilin sentyabrında yenidən "Qarabağ"dan "Sabah"a qayıdıb.

O, 2020-2024-cü illər aralığında Masazır təmsilçisinin üzvü olub. 29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
50
1
sportinfo.az

3Mənbələr