AZ

“İnter” “Verona” üzərində qələbəni əlavə vaxtda qazanıb

A Seriyasının X turunda “İnter” səfərdə “Verona”nı 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, qələbə topu görüşün əlavə olunmuş vaxtında vurulub.

Matç “Markantonio Bentegodi” stadionunda keçirilib. Qonaqlar hesabı 16-cı dəqiqədə açıb - fərqlənən Petr Zelinski olub. Meydan sahibləri isə 40-cı dəqiqədə Jovanninin qolu ilə cavab veriblər.

Görüşün taleyi əlavə vaxtda həll olunub: 90+3-cü dəqiqədə “Verona”nın müdafiəçisi Martin Frese topu öz qapısına göndərib.

Qeyd edək ki, bu qələbədən sonra “İnter” 21 xalla 22 xala malik “Napoli”ni izləyir. “Verona” isə 5 xalla turnir cədvəlinin sonlarında, elitanı tərk etmə təhlükəsi ilə üz-üzədir.

İdman.Biz

Seçilən
31
idman.biz

1Mənbələr