AZ

"Din mövzusuna toxunmağım doğru deyildi" - Azər Bağırov

"Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım".

"Football-plus.az" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli premyer-liqasının 10-cu turunda səfərdə "Neftçi"yə 1:5 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında söylədiyi sərt fikirlərlə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis din mövzusuna toxunmağının doğru olmadığını bildirib:
“İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu. Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Hakimlər də insandı, onların da səhv etməsi mümkündü. Futbol emosiyalar üzərində qurulan bir oyundu. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq".
Xatırladaq ki, Azər Bağırov "Neftçi" ilə matçdan sonra mətbuat konfransında hakim qərarlarından şikayətlənərək bu sözləri səsləndirmişdi:
"Hakimlik elə mövzudu ki, qarışıqdı. Tək bizdə deyil, bütün dünyada. Çox şey danışmaq istəmirəm. Bilirəm ki, dinimizdə də üç hakimdən ikisi cəhənnəmlikdi. Qərarı verəndə fikirləşsinlər ki, kiminsə haqqına girməsinlər. Ötən matçda 11 dəqiqə oyun dayanır, ilk hissəyə 5 dəqiqə əlavə edilir. Çox şeylər olur. Yəqin, biz də vaxt keçdikcə təcrübə qazanarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarlar onlara “yedizdiriləcək”.
Seçilən
27
3
football-plus.az

8Mənbələr