AZ

''Beşiktaş'' fanatları derbi öncəsi dalaşdılar

Bu gün Türkiyə çempionatında ''Beşiktaş'' ''Fənərbaxça''nı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, şənbə günü ''Beşiktaş''ın fan qrup üzvləri derbi öncəsi tribunada pankart və xoreoqrafik görüntü hazırlamaq məqsədilə ''Tüpraş Stadionu''na gəldilər. Amma bura gələn fanatlar arasında ciddi çaxnaşma yaşandı. Hətta bir nəfər silahla vurularaq yaralandı. Bu qarşıdurmanın konkret hansı səbəb üzündən yaşandığı bilinmir.

İddialara görə fan qrup üzvləri arasında keçmişdən qalan bir ədavət üzündən onların sözləri çəp gəldi. Hadisə yerinə polislər və təcili tibbi yardım maşını gəldi. Yaralıya elə stadiondaca ilk tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparıldı.

Silahdan istifadə edən şəxsin isə hadisə yerindən dərhal qaçdığı bildirilir. Onun axtarışları davam etdirilir. Dünən gecə saatlarına qədər polislər tərəfindən stadionun ətrafına giriş məhdudlaşdırıldı.

Seçilən
54
1
football-plus.az

2Mənbələr