AZ

Berlində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı saxlanıldı

BAKI, 02 noyabr. TELEQRAF

Berlində terror aktı planlaşdırmaqda şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, Abdallah R. noyabrın 1-də saxlanılıb. O, terror planlaşdırmaqda şübhəli bilinir. Axtarışlar zamanı onun mənzilindən partlayıcı maddələrin hazırlanması üçün materiallar aşkar edilib.

Əməliyyata xüsusi təyinatlılar cəlb olunub. “Bild” xəbər verir ki, Suriya vətəndaşı dövlət üçün təhlükə yaradan ağır cinayəti planlaşdırmaqda şübhəli bilinir.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr