AZ

Paris prokuroru Luvrdakı oğurluqdan danışıb: "Xırda cinayətkarların işidir"

Paris Luvr muzeyində ötən ay 102 milyon dollar dəyərində tarixi zinət əşyalarının gündüz vaxtı cəsarətli şəkildə oğurlanması təşkil olunmuş cinayətkar şəbəkələr tərəfindən deyil, xırda cinayətkarlar tərəfindən həyata keçirilib.

Aznews.az Reuters -ə istinadən xəbər verir ki, bu barədə bazar günü Paris prokuroru Lor Bekkua bildirib.

İki həftə əvvəl bazar günü səhəri iki nəfər yükqaldıran lift maşınını Luvrun qarşısında saxlayaraq, onunla ikinci mərtəbəyə qalxıb, pəncərəni sındırıb, ekspozisiya vitrinlərini drel ilə kəsib açıblar və yeddi dəqiqədən az davam edən əməliyyatdan sonra iki motosikletlə oradan qaçıblar.

Dörd şübhəlinin üçü artıq həbs olunub. Zinət əşyaları hələ tapılmayıb. Bununla belə prokuror bildirib ki, onların profilləri “Oceans Eleven” filminə bənzər peşəkar cinayətkarları deyil, Parisin kasıb şimal qəsəbələrindən olan xırda cinayətkarları xatırladır.

Seçilən
14
7
aznews.az

8Mənbələr