AZ

Türkiyənin emal zavodları Rusiya neftindən İMTİNA EDİR?

Türkiyədəki bir sıra neft emalı zavodları Qərb ölkələrinin Rusiya neft sənayesinə qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda İraq, Qazaxıstan və digər ölkələrdən daha çox neft almağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Belə ki, Türkiyənin ən böyük neft emalı zavodlarından biri olan "SOCAR STAR Oil Refinery" bu yaxınlarda Qazaxıstan, İraq və digər təchizatçılardan dekabr ayında çatdırılmaq üzrə gündəlik 77 min ilə 129 min barel arasında olan dörd neft partiyası sifariş edib. Bildirilir ki, sentyabr və oktyabr aylarında bu zavod Rusiyadan gündəlik təxminən 210 min barel neft alırdı.

Digər bir türk şirkəti olan "Turkiye Petrol Rafinerileri AS" (TUPRAS), keyfiyyətcə Rusiyanın Urals markasına bənzər neftin, o cümlədən İraqdan olan neftin tədarükünü artırıb. Mənbələrin məlumatına görə, şirkətin iki zavodundan biri Avropa ölkələrinə yanacaq ixracını davam etdirmək üçün Rusiyadan neft alımını tamamilə dayandıra bilər. Digər zavod isə Rusiya enerji resurslarını emal etməyə davam edəcək.

Seçilən
41
publika.az

1Mənbələr