Azərbaycanlı aktrisa Günay Musayeva “Yaxın xoşbəxtlik” adlı rus serialında rol alıb.
İstanbulda çəkilən serialın baş rollarını Günay Musayeva, Alina Voskresenskaya, Mixail Kremer, Anna Ardova və Mehmet Polat canlandırıb. Layihənin çəkilişləri 4 ay davam edib.
Günay Musayeva yeni layihəsi haqqında bu sözləri deyib:
“Bir müddətdir ki, ekranlardan uzaq idim. Bu serialda iddialı bir obrazı canlandıracağam və bu, mənə həyəcan verir”.
Layihə “Russia1” kanalında və “Kion” platformasında yayımlanacaq. (Olay)
Tarix: 2 Noyabr 2025, 19:46