AZ

İraq və Türkiyə arasında mühüm müqavilə imzalandı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İraq və Türkiyə arasında su ehtiyatları sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Axar.az xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Sudani deyib.

O bildirib ki, sənəd su böhranının davamlı həllini təklif edir və ölkələr arasında əlaqələri gücləndirir.

Qeyd edək ki, imzalanma Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdada səfəri zamanı baş tutub. O, iraqlı həmkarı ilə iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik və su ehtiyatları sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
axar.az

1Mənbələr