AZ

Tovuzda futbol bayramı: “Turan Tovuz” öz meydanına döndü Oyunda üç qol var + VİDEO (Yenilənib)

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün “Turan-Tovuz” Futbol Klubu (FK) “Şamaxı” FK-nı qəbul edib. 

Mia.az xəbər verir ki, bu ilki mövsümdə Tovuz klubu ilk dəfə öz meydanında ev oyununu keçirib. 

Stadionun ot örtüyünün bərpası səbəbindən klub mövsüm başlayandan bəri öz meydanında oynaya bilməmişdi. 

Bölgə futbolu arasında öz komandasına xüsusi diqqəti və coşğusu ilə seçilən Tovuzlu azarkeşlər stadionda boş yer qoymayıblar. Stadionda böyük anşlaq var.

Oyuna gəldikdə isə saat 16.00-da başlayan oyunun 45+2-ci dəqiqəsində "Şamaxı"  hesabı açıb. Tovuzlular bu qola saniyələr içində cavab verib - 1:1.

Tovuz koamndası hesabda önə çıxıb - 2:1

Oyun bu hesabla başa çatıb 

Qeyd edək ki, hazırda tovuzluları 21 xalla turnir cədvəlindəki birinci yerə yüksəlib.

Zülfiyyə Mustafyeva

Mia.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
mia.az

2Mənbələr