Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son vaxtlar Azərbaycan və Ermənistan ikitərəfli münasibətləri inkişaf etdirmək üçün müəyyən addımlar atmaqdadır.
Maraqlıdır, Azərbaycanla Ermənistan arasında əməkdaşlığın bərpası kənar güclərin, böyük dövlətlərin Cənubi Qafqaza müdaxilə imkanını məhdudlaşdıra bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Sona Əliyeva iki dövlət arasıdna münasibətlərin inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“İstənilən halda Bakı və İrəvan arasında ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyması Azərbaycan və Ermənistan üçün tarixi hadisə olacaq. Hər iki ölkə kənar güclərin ən təhlükəli təsir vasitələrinin birindən qurtulacaq. Üstəlik, müstəqil ölkə kimi daha da inkişaf etməsi məsələsində bu nüans Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistan son otuz ildə for-post və işğalçı ölkə "möhürü"ndən qurtulmaq istəyirsə, Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında daha çox maraqlı olmalıdır. Azərbaycanla böyük sülh sazişinin imzalanması Ermənistanı Rusiyanın təsir dairəsindən daha da uzaqlaşdıracaq.

Eyni zamanda, Azərbaycan üçün də bu önəmli tendensiyadır. Balanslı və bərabərtərəfli siyasət yürüdən Bakı bundan sonra qütblər arasında daha müstəqil manevrlər edəcək və manevr imkanları daha da genişlənəcək.
İnanıram ki, 2026-cı ildə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq və hətta iki ölkə arasında strateji tərəfdaşlıq baxımdan önəmli sayılacaq Zəngəzur dəhlizi də istifadəyə veriləcək. Beləliklə, İran və Rusiyanın Bakı və İrəvana təsir rıçaqları minimuma enəcək”.
Seymur ƏLİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.