AZ

İsrail Livan sərhədində gərginlik: Netanyahu Hizbullaha xəbərdarlıq etdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrailin baş naziri Benyamin Netanyahu Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda sərt bəyanatla çıxış edib.

Globalinfo.az xəbər verir ki, Netanyahu bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

Baş nazir bildirib ki, İsrail Hizbullahın yenidən silahlanmasının qarşısını almaq üçün özünümüdafiə hüququndan tam şəkildə istifadə etməyə hazırdır.

O qeyd edib ki, İsrail ordusu Livandakı yaraqlı qrupların mövqelərinə zərbələr endirməyə davam edir. Onun sözlərinə görə, Hizbullah bölgədə hərbi potensialını bərpa etməyə çalışır və bu, ölkəsinin təhlükəsizliyinə ciddi təhdiddir.

“Livanın İsrailə qarşı hücumlar üçün meydançaya çevrilməsinə icazə verməyəcəyik,” – Netanyahu bildirib.

O, həmçinin Livan hökumətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Hizbullahın tərksilah edilməsini və cənub bölgələrinə nəzarətin bərpasını təmin etməyə çağırıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
globalinfo.az

1Mənbələr