AZ

Qaradağın deputatı icra hakimiyyətindəki həbslər haqda danışdı

Xəbər verdiyimiz kimi, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Binəqədi Rayon Məhkəməsi tərəfindən bununla bağlı qəbul olunub. Onlar rüşvət almaqda ittiham olunurlar.

KONKRET.az xəbər verir ki, 37 saylı Qaradağ seçki dairəsindən Milli Məclsisə deputat seçilən Aydın Hüseynov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, qanun pozuntularına hüquqi qiyməti hüquq-mühafizə orqanları verəcək:

“Biz onların prinsipial mövqeyinə tam əminik. Situasiyaya hüquqi cəhətdən yanaşmalıyıq. Hüquqi qiymət veriləcəyinə tam inanırıq. Hesab edirəm ki, hüquq-mühafizə orqanları sözügedən məsələyə hüquqi müstəvidə öz qiymətini verəcək”.

Deputat “İcra hakimiyyəti ilə bağlı sizə şikayətlər gəlirdimi?” sualına isə belə cavab verib:

“Digər suallar qeybət xarakterlidir”.

Seçilən
17
2
konkret.az

3Mənbələr