AZ

''Qalatasaray'' mövsümdə ikinci dəfə xal itirdi

Şənbə günü Türkiyə çempionatının 11-ci turunda liderlərin dueli baş tutdu. 1-ci pillədə qərarlaşan ''Qalatasaray'' tura 2-ci pillədə daxil olan ''Trabzonspor''u qəbul etdi.

Son çempion hələ ki, bu mövsüm daxili çempionatda iddialı rəqiblərlə oyunlarda çətinlik çəkir. 8-ci turda evdə ''Beşiktaş''la 1:1 bərabərə qalan ''Cim-Bom'' bu dəfə ''Trabzonspor''un müqavimətini qıra bilmədi və görüş qolsuz yekunlaşdı. 2012-nin mayından bu yana ilk dəfə bu komandaların İstanbulda baş tutan duelində qapılara qol vurulmadı. ''Sarı-qırmızılar''ın evdəki məğlubiyyətsiz seriyası rəsmi matçlarda 32, superliqada 24 oyuna yüksəldi. Amma komandanın daxili çempionatda fanatları önündə son 3 xal itkisini ''Fənərbaxça'' (0:0), ''Beşiktaş'' (1:1) və ''Trabzonspor''la (0:0) oyunlarda yaşaması diqqət çəkir.

Mauro İkardinin ''Qalatasaray''da yubiley - 100-cü rəsmi oyununu keçirdiyini də bildirək.

Fatih Təkkə baş məşqçi kimi ''Qalatasaray''a rəqib olduğu 7-ci superliqa matçında ilk dəfə məğlubiyyət acısı yaşamadı. Eləcə də onun komandası ilk dəfə bu rəqiblə matçda qapısını toxunulmaz saxladı.

Beləliklə, Okan Burukun kollektivi bu mövsüm 2-ci dəfə xal itirdi. Buna baxmayaraq ''Qalatasaray'' 11 turdan sonra xalını 29-a yüksəldərək inamla turnir cədvəlinə başçılıq edir.

Seçilən
32
1
football-plus.az

2Mənbələr