AZ

Türkiyədən Rusiya və Ukraynaya TƏKLİF

Türkiyə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında bir daha vasitəçilik etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Ankara iki ölkənin nümayəndə heyətləri arasında danışıqların dördüncü raunduna, eləcə də İstanbulda liderlərin potensial sammitinə ev sahibliyi etməyə hazırdır:

"İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən üç raund danışıqlar, o cümlədən əsirlərin mübadiləsi və tərəflər arasında birbaşa dialoqun bərpası da daxil olmaqla, konkret nəticələrə gətirib çıxarıb. Biz səmimi qəlbdən inanırıq ki, diplomatiya Ukraynadakı böhranın sülhlə həllinin yeganə yolu olaraq qalır".

Seçilən
36
1
bakivaxti.az

3Mənbələr