AZ

"Vest Hem" "Nyukasl" üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının 10-cu turunda keçirilən "Vest Hem Yunayted" – "Nyukasl Yunayted" oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 4-cü dəqiqəsində Ceykob Merfi qonaqları önə çıxarıb.

Lukas Paketa 35-ci dəqiqədə hesabı bərabərləşdirib, ilk hissənin əlavə olunmuş vaxtında (45+5) Sven Botman avtoqol müəllifi olub. Görüşün yekun nəticəsini isə Tomaş Souçek 90+8-ci dəqiqədə vurduğu qolla müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbədən sonra "Vest Hem" 7 xalla turnir cədvəlinin 18-ci, "Nyukasl" isə 12 xalla 13-cü pilləsində qərarlaşıb.

Növbəti turda - noyabrın 8-də “Vest Hem” doğma meydanında “Bernli”ni qəbul edəcək., “Nyukasl” isə noyabrın 9-da səfərdə “Brentford”un qonağı olacaq.

İdman.Biz

Seçilən
29
1
idman.biz

2Mənbələr