AZ

“İnter” səfərdə “Verona”nı məğlub etdi

İtaliya A Seriyasının X turu çərçivəsində “Verona” doğma meydanda “İnter”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş Verona şəhərindəki “Markantonio Bentegodi” stadionunda baş tutub. 

Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 2:1.

Oyun ərzində hesabı 16-cı dəqiqədə “İnter”in yarımmüdafiəçisi Pyotr Zeliński açıb. 40-cı dəqiqədə “Verona”nın 21 yaşlı hücumçusu Jovane tarazlığı bərpa edib. Lakin əsas vaxta əlavə olunan dördüncü dəqiqədə müdafiəçi Martin Frezenin avtoqolu “İnter”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “İnter” 21 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Verona” isə 5 xalla 18-ci yerdə yer alır. Turnirə 22 xalla “Napoli” liderlik edir.

Seçilən
28
90deqiqe.az

1Mənbələr