Oktyabrın 28-də Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobil qaçırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.