AZ

200 illik tarixi villa kimə veriləcək?

İstanbulun Tarabya rayonunda yerləşən 200 illik tarixi villanın Rusiya İmperiyasının diplomatı Nikolay Sveçinin varislərinə verilməsi barədə xəbər yayılıb.

 

Modern.az xəbər verir ki, məlumat Türkiyənin “Sabah” qəzetində paylaşılıb.

 

Məlumata görə görə, İstanbul məhkəməsi 17 illik məhkəmə çəkişməsindən sonra tarixi villanın mülkiyyət hüququnu diplomat Nikolay Sveçinin varislərinə verib. Qəzet yazırdı ki, XIX əsrdə fransız ailəsindən alınan bu villa sonradan Rusiya imperiyasının diplomatik nümayəndəliyi kimi istifadə olunub. Hazırda sahəsi 10 hektara yaxın olan ərazidəki villanın dəyəri təxminən 1,5 milyard lirə (35 milyon dollardan çox) qiymətləndirilir.

 

Məlumata görə, mülkiyyətlə bağlı mübahisə 1917-ci il inqilabından sonra başlayıb. Məhkəmə qərarında qeyd olunub ki, Osmanlı dövründə bina Rusiyaya diplomatik məqsədlə icarəyə verilsə də, heç vaxt rəsmi şəkildə Rusiya dövlətinin adına qeydiyyata alınmayıb. 1950-ci ildə aparılan kadastr yoxlaması da obyektin Nikolay Svečinin adına olduğunu təsdiqləyib.

 

“Sabah”ın iddiasına əsasən, 2022-ci il planlaşdırma sənədlərinə görə, villanı Sveçinin nəvələri - onun övladlığa götürdüyü oğlu Didye Lekont Svečinin üç övladı miras almalıdır. Məhkəmə prosesində Türkiyə Xəzinədarlığı, Vəqflər Baş İdarəsi, Rusiya dövləti və diplomatın varisləri iştirak edib. Qəzetin yazdığına görə, məhkəmə Rusiya və Türkiyə tərəfinin iddialarını sənədlər və beynəlxalq hüquq normalarına əsaslanaraq rədd edib.

 

Hazırda məhkəmə qərarı qüvvəyə minməyib və işlə bağlı yekun hökm hələ gözlənilir.

 

Ancaq Rusiya səfirliyi məlumatı təkzib edib. Səfirlik TASS agentliyinə bildirib ki, “Sabah”da dərc olunan məlumatlar “qəsdən təhrif olunub və reallıqla heç bir əlaqəsi yoxdur”.

 

“Məsələ hələ də Türkiyə məhkəmələrinin icraatındadır, yekun qərar qəbul edilməyib,” – səfirlikdən bildirilib.

 

Diplomatik nümayəndəlik, həmçinin əlavə edib ki, Rusiyanı təmsil edən vəkil qəzetin redaksiyasına rəsmi məktub göndərib və Türkiyənin mətbuat qanununa uyğun olaraq təkzib dərc edilməsini tələb edib.

Seçilən
5
3
qaziler.az

4Mənbələr