AZ

İrəvandan ŞOK GEDİŞ

Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və onun qardaşı oğlu Ambarcum Nersisyan saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə vəkil Ara Zoğrabyan "Facebook" səhifəsində yazıb.

Paylaşımda bildirilir ki, onlara qarşı xuliqanlıq və seçki təbliğatına mane olmaq ittihamı irəli sürülüb. Vəkilin sözlərinə görə, Armavir vilayətinin Vaqarşapat icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində “Respublika” partiyasından namizəd Arutyun Mkrtçyan sosial şəbəkələrdə paylaşım edərək 1 noyabrda Gevork Nersisyanın oğulları ilə birlikdə təbliğata mane olduğunu iddia edib.

Vəkil əlavə edib ki, istintaq orqanı 68 yaşlı Gevork Nersisyan və onun oğlu Ambarcum Nersisyanın həbs olunması barədə qərar qəbul edib.

Seçilən
28
publika.az

1Mənbələr