AZ

“Bavariya” “Milan”ın rekordunu təkrarladı! - İCMAL

Tur “Verder”in “Union”u minimal hesabla məğlub etməsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, Bremen klubu ardıcıl 2-ci ev oyununda 1:0-lıq qələbəyə sevindi.

Bu tur əsas diqqətlər Münhenqladbaxa yönəlmişdi. Bu mövsüm həm ölkə daxilində, həm də Avropada rəqib tanımayan “Bavariya” “Borussiya” ilə oyunda xeyli əziyyət çəkməli oldu. Münhenqladbaxlılar əzəldən “Bavariya” üçün ən uğursuz və çətin rəqiblərdən sayılır. Vensan Kompaninin komandası tura sonuncu pillədə daxil olan, üstəlik 19-cu dəqiqədən azlıqda oynayan bir rəqibə qarşı hesabı yalnız 64-cü dəqiqədə aça bildi. Meydan sahiblərinin hesab 0:2 olarkən penaltidən yararlana bilmədiklərini də xatırladaq. Keyn bu mövsüm ilk dəfə hesabına heç bir məhsuldar hərəkət yaza bilmədi. Əvəzində 17 yaşlı Karl bundesliqada ilk qolunu vurdu. O, ötən həftə ÇL-də də fərqlənmişdi.

Beləliklə, “Bavariya” 8-ci turda da xal itirmədi. Özünə məxsus olan bundesliqa rekordunu təkrarlamaq üçün münhenlilər daha 2 turda xal itirməməlidi. Çünki 2015/16-da Qvardiolanın “Bavariya”sı ilk 10 turda büdrəməmişdi. Bu göstəricidə “böyük beşliy”in rekordu isə 2018/19-un ilk 14 turunda xal itirməyən PSJ-yə məxsusdu. Dortmund “Borussiya”sı “Köln” ilə ev oyununda fanatlarını uzun müddət intizarda saxladı. “Keçilər” oyunboyu əla müdafiə olundular və ən azı 1 xala layiq idilər. Amma “Borussiya” faktiki sonuncu hücumda qələbə qolunu vurmağa müvəffəq oldu. İkinci hissədə meydana çıxan Bayer qəhrəmana çevrilərək komandasını xal itirməyə qoymadı. Ancaq “arılar” turnir cədvəlində irəliləyə bilmədilər. Çünki “Leyptsiq”lə “Ştutqart” da hesabına 3 xal yazdı. “Öküzlər” gözlənilmədən səfərdə “Auqsburq”u 6 yerə parçaladılar. “Ştutqart” isə “Maynts-05” ilə ev oyununda hesabda geri düşdüyündən xarakter nümayiş etdirməli oldu.

Sebastyan Hönessin komandası Avropa Liqasında ilk 3 matçın 2-də məğlub olsa da, bundesliqada 5 oyunluq qələbə seriyası yaxalayıb. 1-ci turdan bəri qələbəsi olmayan “Volfsburq” uğursuz seriyaya debütant “Hamburq” ilə oyunda son qoydu.

“Haydenhaym”ı 3:1 yenən “Hoffenhaym” mövsümdə ilk ev qələbəsini qazandısa, son 4 rəsmi oyunda qalib gələ bilməyən və bu müddətdə 15 qol buraxan “Ayntraxt” uğursuzluq zolağından “Sankt Pauli” ilə ev oyununda çıxdı. Ötən həftəiçi ÇL-də PSJ-dən 7 qol buraxmaqla fanatlarına şok yaşadan “Bayer-04” “Frayburq”u yenməklə bundesliqada ardıcıl 4-cü qələbəsini qazandı.

8-ci tur
Borussiya M – Bavariya 0:3

Kimmix, 64. Gerreyro. 69. Karl, 80. (54042)
Bavariya: Urbiq, Boe (Gerreyro, 46), Upamekano (Laymer, 46), Kim Min Ce, Bişof (Stanişiç, 81), Kimmix, Qoretska, Olise, Dias (Karl, 76), Keyn, Cekson (Qnabri, 59).

Borussiya D – Köln 1:0
Bayer, 90+6. (81365)
Borussiya: Kobel, Ryuyerson, Anton, Şlotterbek, Bensebayni, Svensson (Brandt, 84), F.Nmeça (Bellingem, 85), Qross (Zabitser, 68), Adeyemi (Fabio Silva, 79), Çukvuemeka (Bayer, 68), Girassi.

Bayer-04Frayburq 2:0
Poku, 22. Tapsoba, 52. (30000)
Bayer-04: Flekken, Artur, Kuansa (Belosyan, 77), Bade, Tapsoba, Qrimaldo, Qarsiya, Fernandes (Andrix, 67), Hofmann (Maza, 67), Poku (Ben Segir, 85), Kofane (Şik, 77).

Auqsburq – Lеyptsiq 0:6
Diomande, 10. Romulo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65. (28600)
Leyptsiq: Qulaçi, Baku, Orban (Bitşiabu, 70), Lukeba, Raum, Zayvald, Baumqartner (Şlager, 63), Uedraoqo (Maksimoviç, 70), Diomande (Qomis, 63), Nusa, Romulo (Harder, 63).

Ayntraxt F – Sankt Pauli 2:0
Burkardt, 36; 56. (59500)
Ayntraxt: Setterer, Kristensen, Kox, Teate, Braun, Çaibi (Larsson, 86), Skiri, Can Uzun (Götse, 71), Doan (Kollins, 86), Knauff (Bahoya, 71), Burkardt (Vahi, 78).

Ştutqart – Maynts-05 2:1
Fürix, 45+4. Dəniz Undav, 80 – Əmiri, 41-p. (59000)
Ştutqart: Nübel, Ştensel (Assinyon, 62), Yeltş, Zaqadu, Əl-Daxil, Vaqnoman, Andres, Narti (Ştiller, 62), Levelinq (Tomas, 72), Fürix (Əl-Xannus, 72), Dəniz Undav.

Hoffenhaym – Haydenhaym 3:1
Asllani, 18. Lamperle, 45+2. Kramariç, 63 – Şimmer, 75. (24000)

Hamburq – Volfsburq 0:1
Dagim, 15. (57000)

Verder – Union 1:0
Qrüll, 72. (42100)

1. Bavariya 8 8 0 0 30-4 24
2. Leyptsiq 8 6 1 1 16-9 19
3. Ştutqart 8 6 0 2 13-7 18
4. Borussiya D 8 5 2 1 14-6 17
5. Bayer-04 8 5 2 1 18-11 17
6. Ayntraxt F 8 4 1 3 21-18 13
7. Hoffenhaym 8 4 1 3 15-13 13
8. Köln 8 3 2 3 12-11 11
9. Verder 8 3 2 3 12-16 11
10. Union 8 3 1 4 11-15 10
11. Frayburq 8 2 3 3 11-13 9
12. Volfsburq 8 2 2 4 9-13 8
13. Hamburq 8 2 2 4 7-11 8
14. Sankt Pauli 8 2 1 5 8-14 7
15. Auqsburq 8 2 1 5 12-20 7
16. Maynts-05 8 1 1 6 9-16 4
17. Haydenhyaym 8 1 1 6 7-16 4
18. Borussiya M 8 0 3 5 6-18 3

Bombardirlər: Keyn (Bavariya) – 12, Burkardt (Ayntraxt F) – 6, Dias (Bavariya), Can Uzun (Ayntraxt F), Baumqartner (Leyptsiq), Asllani (Hoffenhaym) – 5.

Turun rəqəmi
13 – “Bavariya” əzəmətli tarixi ərzində heç bir mövsümə belə başlamamışdı. Münhen nəhəngi mövsümün əvvəlindən bəri ardıcıl 13-cü rəsmi oyunda qalib gəlməklə “böyük beşliy”in 33 illik rekordunu təkrarladı! Bu rekordu 1992-ci ildə “Milan” müəyyənləşdirmişdi. “Rekordmayster” artıq sabah yeni rekordun sahibi ola bilər. Bunun üçün komanda ölkə kubokunun 1/16 finalında səfərdə “Köln”ü məğlub etməlidi.

Turun ulduzu
Conatan Burkardt (Ayntraxt F) – yayda “Maynts-05”dən transfer edilən 25 yaşlı forvard bu tur dubl edən yeganə futbolçu oldu. Yeni klubunda uyğunlaşmanı çox tez başa vuran Burkardt heç də pis məhsuldarlıq sərgiləmir. Ardıcıl 2-ci turda dubl etməklə o, qollarının sayını 6-ya çatdırdı və bombardirlər yarışında 2-ci pilləyə yüksəldi. Qeyd edək ki, son 49 ildə “Ayntraxt”ın heyətində forma geydiyi ilk 7 bundesliqa matçında 6 qol vuran futbolçu olmamışdı. 1966-cı ildə Ziqfird Bronnert frankfurtlularda ilk 7 bundesliqa oyununda 8 dəfə fərqlənmişdi.

Turun sitatı
Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:
“Köln” oyunu ilə ən xoş sözlərə layiqdi. Əks-hücumlarda bizə ciddi problemlər yaratdılar. Ancaq müdafiəni bir qədər irəli çıxarmaqla onları sıxışdırdıq. Oyunboyu məhz buna nail olmağımızı istəyirdim. Son saniyələrdə də olsa, fanatlarımıza qələbə sevinci yaşatdıq. Həmişəki kimi stadionumuzda ab-hava möhtəşəm idi”.
Seçilən
47
football-plus.az

1Mənbələr