Ajans.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb. Məhkəmənin qərarına əsasən, Akoev iki ay müddətinə həbs edilib. O, cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur. Kriminal dairələrdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoev Rusiya mətbuatında 2013-cü ildə qətlə yetirilmiş məşhur kriminal avtoritet “Ded Xasan”ın (Aslan Usoyan) bacısı oğlu kimi təqdim olunur. Hadisə ilə bağlı istintaq davam edir.