Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Kayserispor” doğma meydanda “Kasımpaşa”ya qalib gəlib. “Konyaspor” evdə “Samsunspor”a uduzubsa, “Beşiktaş” da İstanbul derbisində “Fənərbağça”ya məğlub olub.
11-ci turun qalan görüşləri noyabrın 3-də keçiriləcək.
Türkiyə, Super Liqa
11-ci tur
31 oktyabr
Başakşəhər – Kocaelispor 1:0
Qol: Şomurodov, 90+1-pen.
1 noyabr
Göztəpə – Gənclərbirliyi 1:0
Qol: Juan Santos, 45+1.
Qalatasaray – Trabzonspor 0:0
2 noyabr
Konyaspor – Samsunspor 1:3
Qollar: U.Nayir, 59 – Musaba, 5. Ndiaye, 13. Bazor, 57-öz qapısına.
Kayserispor – Kasımpaşa 3:2
Qollar: Soyalp, 11. Densvill, 32 – Vink, 19. Kanatsızkuş, 67.
Beşiktaş – Fənərbağça 2:3
Qollar: Ture, 5. E.Topçu, 22 – İ.Yüksək, 32. Asensio, 45+3. C.Duran, 83.
3 noyabr
21:00. Alanyaspor – Qaziantep
21:00. Eyüpspor – Antalyaspor
21:00. Rizəspor – Karagümrük

