AZ

Qonsalu Ramuş PSJ-də 100-cü oyununu qələbə qolu ilə qeyd etdi

Fransa Liqa 1-in XI turunda keçirilən PSJ – “Nitsa” qarşılaşması hücumçu Qonsalu Ramuş üçün əlamətdar olub.

90deqiqe.Az-ın məlumatına görə, bu görüş portuqaliyalı futbolçunun Paris klubunun heyətində 100-cü oyunu kimi tarixə düşüb.

24 yaşlı futbolçu yubiley matçında komandasına qələbə qazandırıb – hücumçu 94-cü dəqiqədə həlledici qolu vurub.

“Bu, mənim üçün xüsusi oyun və xüsusi gündür. Matçı bu cür qolla başa vurmaq çox xoşdur. Son dəqiqələrdə komanda olaraq əzmkar oynadıq, qol üçün çox çalışdıq. Bu qələbə bizim üçün çox önəmlidir, çünki əvvəlki turda qalib gələ bilməmişdik. Uğur komandanın özünəinamını artırır,” – deyə Ramuş klubun rəsmi saytına açıqlamasında bildirib.

Bu qələbədən sonra PSJ 11 oyundan sonra 24 xalla Fransa çempionatının lideri olaraq qalır. “Nitsa” isə 17 xalla səkkizinci pillədə qərarlaşıb.

Seçilən
64
90deqiqe.az

1Mənbələr