AZ

PUA larla yox, atlarla azad edilən Murovdağ: Qarabağda strateji qələbənin hekayəsi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ xronikası" verilişinin yeni buraxılışı İkinci Qarabağ müharibəsi dövründə ən çətin istiqamətlərdən biri hesab olunan Murovdağ döyüşlərinə həsr olunub.

Verilişdə qeyd olunub ki, Murovdağın azadlığı Azərbaycan Ordusuna mühüm operativ üstünlük qazandırıb. Belə ki, bu ərazidən düşmən texnikasının və bölmələrinin hərəkəti, həmçinin mümkün əks-hücumları müşahidə olunur və bu barədə məlumatlar dərhal komanda-idarəetmə məntəqəsinə ötürülürdü.

Xüsusi olaraq vurğulanıb ki, Murov istiqamətinin digər strateji əhəmiyyəti ondan ibarətdir ki, Ağdərə-Basarkeçər yolu tam nəzarət altına götürülüb. Bunun nəticəsində Kəlbəcər istiqamətinə daşınan avtomobil və zirehli texnikanın hərəkəti də operativ şəkildə izlənilib.

Verilişdə diqqətə çatdırılıb ki, mürəkkəb relyefli bu dağlıq ərazidə xidmət edən hərbi qulluqçular təminat prosesini əvvəlcədən hazırlanmış, güllə və partlayış səslərinə öyrəşmiş atlar vasitəsilə həyata keçirirdilər. Eyni zamanda həmin atlardan yaralıların təxliyəsi zamanı da istifadə olunurdu.

Daha ətraflı süjetdə:

PUA-larla yox, atlarla azad edilən Murovdağ: Qarabağda strateji qələbənin hekayəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr