Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Tayvanla Çin arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verməyəcəyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə "CBS Nyus"a müsahibəsində deyib.
Trampa Çinin sədri Szinpinlə görüşündə bu məsələnin müzakirə olunub-olunmaması və Tayvan boğazında münaqişə baş verəcəyi təqdirdə ABŞ hərbçilərinə Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi ilə bağlı sual verilib.
"Əgər baş verərsə, biləcəksiniz. Və bu sualın cavabını Szinpin də anlayır", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp qeyd edib ki, Çin lideri ilə danışıqları zamanı Tayvan məsələsi gündəmə gətirilməyib:
"Gündəmə gətirmədi. İnsanlar buna bir az təəccübləndilər. Bunu başa düşdüyü üçün heç vaxt gündəmə gətirməyib".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.