AZ

ABŞ da əyləncə mərasimində atışma: yeniyetmələr güllələndi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın Ohayo ştatının Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

"Bazar günü yeniyetmələr ad günü əyləncəsinə toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", - deyə vurğulanıb.

“Foks” telekanalı hadisədə azı bir nəfərin öldüyünü bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsiyyəti açıqlanmayan şübhəlini saxlayıb.

Hadisənin səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
axar.az

7Mənbələr