AZ

“Art Weekend” festivalı çərçivəsində Beynəlxalq Poeziya Gecəsi keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 noyabr, AZƏRTAC

Rəngkarlıq Muzeyində SÖZ Multidisiplinar İncəsənət Mərkəzinin “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırladığı Beynəlxalq Poeziya Gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ, Portuqaliya, Mərakeşdən olan tanınmış şairlər - Manuel İris, Luís Filipe Sarmento, Hassan Najmi, həmçinin Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Vaqif Bəhmənli, SÖZ Multidisiplinar İncəsənət Mərkəzinin təsisçisi və rəhbəri Nigar Həsənzadə musiqi sədaları altında şeirlər səsləndiriblər.

Gecədə türkiyəli şair Ataol Behramoğlu söz sənətini ekran vasitəsilə təqdim edib.

ABŞ-dan gələn şair Manuel İris AZƏRTAC-a açıqlamasında Azərbaycana səfərinin yaddaqalan olduğunu söyləyib.

“Bakıya və ümumilikdə gözəl Azərbaycana bu səmimi dəvət üçün ürəkdən təşəkkür edirəm. ABŞ-a qayıdanda qəlbimdə bu şəhərin, bu ölkənin gözəlliyini, sənətə, poeziyaya və bir-birinə dərin sevgi bəsləyən insanların istiliyini aparacağam. Burada olmaq mənim üçün böyük xoşbəxtlik idi və ümid edirəm ki, bir gün yenidən bu gözəl yerlərə qayıdacağam. Azərbaycan sevgiylə, gözəlliklə və ruhun zərifliyi ilə dolu bir diyardır”, - deyə M.İris əlavə edib.

Xalq şairi Vahid Əziz ölkəmizdə belə tədbirlərin keçirilməsini mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan proses kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür görüşlər müxtəlif xalqlar arasında inteqrasiyanı gücləndirir, yaradıcı insanların bir araya gələrək, fikir və təcrübə mübadiləsi aparmasına imkan yaradır.

Poeziya gecəsində tamaşaçılar misralar vasitəsilə danışılan hekayələrin ritmini hiss etmək imkanı qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr