AZ

Rusiyanın ilk elektromobilinin istehsalı dayandırıldı FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Rusiyanın seriya ilə istehsal edilən ilk elektromobili “Evolute i-Pro”nun buraxılışı dayandırılıb.

Avtosfer.az xəbər verir ki, elektromobil 2022-ci i8ldən konveyerdə idi. Lipetsk vilayətində istehsal edilən maşın əslində Çinin “Dongfeng Aeolus E70” modelinin Rusiyaya adaptasiya edilmiş versiyasıdır.Müəssisə yaxın vaxtlarda yeni, təkmilləşmiş modelin istehsala buraxılacağını bildirsə də, Rusiyanın avtomobil mediası bunu real saymır. İstehsalın birdən-birə, heç bir tutarlı izahat verilmədən dayandırılması təəccüb doğurub.

Maraqlıdır ki, elektromobil Rusiya hökumətinin 2026-cı ildə taksi fəaliyyətində istifadəsinə icazə verilən nəqliyyat vasitələri siyhısına da salınıb.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
avtosfer.az

2Mənbələr