AZ

Əsgərlərin 109 il əvvəl yazdığı məktubu tapıldı

Avstraliyanın cənub-qərb sahilində zibil yığan bir ailə 109 il əvvəl yazılmış iki məktub tapıb.

Modern.az xəbər verir ki, məktublar Birinci Dünya müharibəsi dövründə Fransaya döyüşə gedən iki avstraliyalı əsgərə məxsus olub.

Kiçik şüşə butulka içinə yerləşdirilən məktublar 1916-cı ilə aiddir.

Malkolm Nevill adlı əsgərlərdən biri anasına yazdığı məktubda gəmidəki yeməklərin “çox dadlı” olduğunu və “hər şeyin qaydasında getdiyini” qeyd edib. Lakin 28 yaşlı Nevill bir neçə ay sonra döyüşdə həlak olub. Digər əsgər, 37 yaşlı Uilyam Harli isə sağ qalaraq müharibədən sonra Avstraliyaya dönə bilib.

Harlinn məktubu isə konkret bir şəxsə deyil, məktubu tapan insana ünvanlanmışdı. Çünki əsgərin anası o, müharibəyə yollanmadan illər əvvəl vəfat etmişdi.

Seçilən
14
1
modern.az

10Mənbələr