AZ

İtaliyada 100 minlik pendir oğurlandı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İtaliyada Bolonya bələdiyyəsinin Castel d'Aiano'nun Santa Lucia qəsəbəsindəki Pieve Roffeno kooperativ pendir fabrikində 100 min avro dəyərində iki yüz qutuya yaxın pendir oğurlayıblar.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, soyğunçular axşam saatlarında mağazaya daxil olaraq hər birinin çəkisi təxminən qırx kiloqram olan pendirləri oğurlayıblar.

Pendir fabrikinin mövcud olduğu altmış il ərzində burada belə bir hadisə olmamışdı. İlkin məlumatlara görə, cinayətkarlar azı 191 qutu pendir oğurlayıblar, lakin yekun rəqəm daha çox ola bilər. Müşahidə kameraları onların pendiri iki maşına yükləyərkən lentə alıb.

Ehtimal olunur ki, maşınlar daha sonra Tola tərəf istiqamət alıb, burada cinayətkarları qənimətləri daşımaq üçün yük maşını gözləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
axar.az

2Mənbələr