AZ

Suriyanın şimalında silah anbarına PUA hücumu olub

Suriyanın şimalında Haseke şəhəri yaxınlığında kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) məxsus silah anbarında güclü partlayış baş verib.

Bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə sursatların saxlanıldığı obyektə zərbə Tell Barrak kəndi üzərində səmada görünən pilotsuz təyyarə tərəfindən endirilib.

Partlayışın nəticələri və kürd döyüşçüləri arasında itkilər barədə heç bir məlumat yoxdur.

"Cebheinfo.az" 

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr