AZ

Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı - VİDEO

Göygöldə ağır yol qəzası olub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.

Nəticədə iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Seçilən
26
1
redaktor.az

2Mənbələr