Bakı. Trend:
Əfqanıstanın şimalındakı Samanqan vilayətində 6,8 bal gücündəzəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Özbəkistan Fövqəladə HallarNazirliyinin Seysmik Proqnostik Monitorinq Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla təxminən saat 01:29-daqeydə alınıb. Qeyd olunub ki, episentrdə 30 km dərinlikdə baş verəntəkanların gücü 7 bal olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.