Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisinin forvardı Can Uzun zədələnib.
Türkiyə millisinin 19 yaşlı hücumçusu Almaniya Bundesliqanın 9-cu turunun “Haydenhaym”la qarşılaşmasında (1:1) sıradan çıxıb. Onun uzun müddət oynamayacağı ehtimal edilir.
“Qarabağ” – “Ayntraxt” qarşılaşması 2026-cı ildə, yanvarın 21-də keçiriləcək.