AZ

Serbiya paytaxtında Vuçiçin tərəfdarları və əleyhdarları arasında qarşıdurma yaranıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Polis Milli Assambleyanın (parlament) qarşısında toplaşan Serbiya prezidenti Aleksandr Vuçiçin əleyhdarlarını və tərəfdarları arasında barrikada qurub.

APA xəbər verir ki, bu barədə Serbiya televiziyası məlumat verib.

Vuçiçin əleyhdarları ona qarşı təhqiramiz sözlər deyir, tərəfdarları isə dövlət başçısını dəstəkləyən şüarlar səsləndirirlər.

Hər iki tərəf qısa müddət sonra bir-birinə qarşı fişəng və plastik butulkalarla hücum edib.

Qalxan və dəbilqə ilə təchiz olunmuş xüsusi polis bölmələri parlament binasının qarşısına gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
apa.az

2Mənbələr