Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Fransa Liqa 1-də 11-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 6 görüş reallaşıb.
“Tuluza” - “Havr” və “Brest” - “Olimpik Lion” qarşılaşmaları "quru" bərabərliklə başa çatıb. “Renn” evdə “Strasburq”u, “Lans” “Loryan”ı darmadağın edib, “Lill” “Anje”ni tək qolla üstələyib. “Nant” isə təmsil etdiyi şəhərdə “Mets”ə boyun əyib.
Hazırda 24 xalı olan PSJ vahid liderdir. “Olimpik Marsel”i ilə “Lans”ın 22, “Lill”, “Olimpik Lion” və “Monako”nun 20 xalı var.
Fransa Liqa 1
11-ci tur
1 noyabr
Monako – Paris 0:1
Qol: M.Simon, 53.
PSJ – Nitsa 1:0
Qol: Ramuş, 90+4.
Oser – Olimpik Marsel 0:1
Qol: A.Qomes, 30.
2 noyabr
Renn – Strasburq 4:1
Qollar: Lepaul, 9; 48; 60. Meyte, 35 – Nanasi, 77.
Lans – Loryan 3:0
Qollar: Eduard, 6. Said, 77. Baydu, 89.
Lill – Anje 1:0
Qol: Korreya, 45+2.
Nant – Mets 0:2
Qollar: Abuaşvili, 82. Diallo, 89.
Tuluza – Havr 0:0
Brest – Olimpik Lion 0:0
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.