AZ

Bizimkilər Dünya Kubokunda mərhələ adladı

Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizəyə aparıb.

Aydın Süleymanlı Tailand şahmatçısı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək mərhələ adlayıb.

Təmsilçilərimizdən Əhməd Əhmədzadə Surye Şexar Qanquliyə (Hindistan) hər iki partiyada uduzaraq Dünya Kubokunu tərk edib. Read Səmədov isə İtaliya şahmatçısı Lorenso Lodiçiyə 0.5-1.5 hesabıyla məğlub olaraq turnirlə vidalaşıb.

Dünya Kubokunda 1/32 mərhələyə noyabrın 4-də start veriləcək. Bu mərhələdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yarışa qoşulacaq.

Ş.Məmmədyarov Gerqeli Kantorla (Macarıstan), R.Məmmədov isə Rasmus Sveynlə (Rumıniya) qarşılaşacaq.

Dünya Kuboku noyabrın 26-da başa çatacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 2 milyon ABŞ dollarına bərabərdir.

Seçilən
53
13
sportinfo.az

10Mənbələr