AZ

Almaniyada quş qripinin daha yoluxucu növü yayılıb

Almaniyada insan orqanizminə getdikcə daha çox uyğunlaşan quş qripinin yeni növü aşkar edilib. Ölkənin bir neçə bölgəsində quş əti üçün karantin tətbiq edilib.

Ölkə.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, sentyabr ayından bəri Almaniyanın müxtəlif yerlərində çoxlu sayda ölü vəhşi quş aşkar edilib. Virusun yayılması ölkənin 16 bölgəsindən doqquzunda qeydə alınıb.

Yüksək yoluxucu H5N1 ştamının yayılması səbəbindən son iki ay ərzində Almaniyada yarım milyondan çox quş məhv edilib. Ən çox yoluxma halı Aşağı Saksoniya əyalətində qeydə alınıb və oradakı 13 quşçuluq fermasında epidemiya aşkarlanıb.(oxu.az)

Seçilən
18
7
olke.az

9Mənbələr