AZ

Əfqanıstanda zəlzələ nəticəsində 7 nəfər ölüb, 150 nəfər yaralanıb

Təkanlar qonşu Özbəkistanda da hiss edilib...

Poliqon xəbər verir ki, Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Əvvəlcə yalnız Bəlx vilayətində azı dörd nəfərin öldüyü bildirilmişdi.

Zəlzələ noyabrın 3-də, yerli vaxtla saat 01:29-da (Moskva vaxtı ilə 23:29-da) Samangan vilayətində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6,8, dərinliyi isə təxminən 30 kilometr olub. Güclü təkanlar təkcə Samangan və Bəlx vilayətlərində deyil, həmçinin qonşu Özbəkistan ərazisində də hiss edilib.

Yeraltı təkanlardan sonra bölgədə bir neçə yaşayış binasının və infrastruktur obyektlərinin zərər gördüyü bildirilir. Axtarış-xilasetmə xidmətləri dağıntılar altında qalan insanları tapmaq üçün işlərini davam etdirir.

Əfqanıstan son aylarda bir neçə güclü zəlzələ ilə sarsılıb. Oktyabr ayında ölkənin Herat vilayətində baş verən təbii fəlakət nəticəsində minlərlə insan həyatını itirmişdi.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr