AZ

Tramp: Netanyahu sonunda Fələstin dövlətini tanımağa razı olacaq...

ABŞ prezidenti İsrail baş naziri ilə münasibətlərinin “yaxşı” olduğunu deyib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp CBS News telekanlına müsahibəsində İsrailin baş naziri Binyamin Netanyahu­nun sonunda Fələstin dövlətinin tanınmasına razılıq verəcəyinə inandığını bildirib.

Jurnalistin “Netanyahunu buna inandırmaq mümkün olacaqmı?”, sualına cavab verən Tramp, İsrail lideri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb və Netanyahunu “müharibə dövrünün baş naziri” və “çox istedadlı insan” kimi xarakterizə edib. “Mən onunla çox yaxşı işləmişəm. Bəzən onu bu və ya digər istiqamətə bir az itələməli olurdum”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, Tramp daha əvvəl İsrail–Fələstin məsələsində fərqli yanaşmalarını vurğulayaraq tərəflər arasında uzunmüddətli siyasi həllin mümkünlüyünü bildirmişdi. Hazırda bölgədə gərginlik fonunda onun bu bəyanatı diqqət çəkir və ABŞ diplomatiyasının gələcək addımları ilə bağlı suallar yaradır.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr