AZ

Əfqanıstanda zəlzələ nəticəsində yeddi nəfər ölüb - YENİLƏNİB

Bakı, 3 noyabr, AZƏRTAC

Əfqanıstanda baş verən zəlzələ nəticəsində yeddi nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yerli səhiyyə idarəsinin məlumatına görə, 150 nəfər yaralanıb.

02:00

Əfqanıstanda 6,3 maqnitudalı zəlzələ olub.

AZƏRTAC xəbər veirr ki, bu barədə ABŞ Geoloji Kəşfiyyat Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Hulm bölgəsi olub. Zəlzələ ocağı Yerin 10 kilometr dərinliyində yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Seçilən
35
2
azertag.az

10Mənbələr