AZ

Toral Bayramovun "əli" Kriştiano Ronaldonun çiynində - Foto

Səudiyyə Ərəbistanının futbol çempionatında "Əl-Fəhya" klubunda forma geyən sabiq "Qarabağ"lı Yassin Benzianın Kriştiano Ronaldo ilə görüntüsü diqqət mərkəzinə düşüb.

Azreform.info xəbər verir ki, şənbə günü portuqaliyalı ulduzun çıxış etdiyi "Əl-Nəsr"lə qarşılaşan Benzianın komandası məğlub olub. Görüşdə "Qarabağ"ın keçmiş futbolçusu Ronaldo ilə görüşüb. O, Portuqaliyanın hücumçusu ilə çəkilən fotosunu sosial media hesabında paylaşıb. Fotoda Benzianın əlində "atlılar"ın müdafiəçisi Toral Bayramovun əlcəyinin olması diqqət çəkib. 

Toral Bayramov isə öz növbəsində həmin paylaşımı instaqram hesabının hekayə bölməsində izləyiciləri ilə bölüşüb. Bu paylaşım bir çox sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Qeyd edək ki, "Əl-Nəsr" - "Əl-Fəhya" qarşılaşması 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. Ronaldo həmin görüşdə dubla imza atmaqla qollarının sayını 952-yə çatdırıb.

Seçilən
18
2
azreform.info

3Mənbələr