AZ

Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ Ölənlər var FOTO/VİDEO

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Göygöl rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarəti ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisində qeydə alınıb. 

 

Hərəkətdə olan "Mersedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın dəmir maneəyə dəyərək aşıb. Qəza zamanı avtomobildə olan 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin adlı şəxs həyatını itirib. 

Hadisə nəticəsində xəsarət alanlar - 2008-ci il təvəllüdlü Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.İlkin məlumata görə avtomobildə qəzaya düşənlər əvvəllər vaxtlar bir sinifdə oxuyublar.Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
bizim.media

2Mənbələr