AZ

Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri 2 milyard 740.7 milyon manat təşkil edib.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6.7% artım deməkdir.

Qeyd olunan dövrdə göstərilən xidmətlərin ümumi dəyərinin 72.6%-i əhali tərəfindən istehlak olunub.

Sahə üzrə əldə edilən gəlirin 34%-i, yəni 932.3 milyon manatı mobil telefon rabitəsi xidmətlərinin payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
oxu.az

1Mənbələr