AZ

Dəhşətli zəlzələ 20-dən çox can aldı – 140 yaralı var / VİDEO

Əfqanıstanın Hindukuş dağlarında 6,3 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.

“Taliban” hökumətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin sədri Maulvi Əhmədullah Vasiq “Facebook” hesabında bildirib ki, zəlzələ nəticəsində azı 20 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

Məmur qeyd edib ki, ən böyük dağıntı və tələfat Samanqan və Balx əyalətlərinin şimalında, xüsusən də Daşkurqan şəhərində qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ təxminən 523 000 əhalisi olan Məzari-Şərif yaxınlığında 28 km dərinlikdə baş verib. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.

Seçilən
26
nocomment.az

1Mənbələr