AZ

Tramp şahzadə Endrünün titullarını əlindən almasını qınayıb

ABŞ prezidenti vəziyyəti “dəhşətli” adlandıraraq kral ailəsində baş verənləri tənqid edib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2 noyabr tarixində Böyük Britaniya kral ailəsində şahzadə Endrünün titullarının alınması ilə bağlı yaranmış vəziyyəti “dəhşətli hadisə” adlandırıb.

“Bu, kral ailəsində baş vermiş dəhşətli bir şeydir”, deyə Tramp jurnalistlərə bildirib.

Bundan əvvəl Böyük Britaniya kralı Karl III qardaşı şahzadə Endrünü titullarından məhrum etmək üçün rəsmi prosedura start verib. Bu addımın atılmasına səbəb kimi Endrüyə qarşı yetkinlik yaşına çatmayan bir qadına qarşı cinsi zorakılıq ittihamları və onun adı maliyyə fırıldaqçısı Ceffri Epşteynlə bağlı qalmaqallarda çəkilməsi göstərilir.

Həmin gün Britaniyanın müdafiə naziri Con Hili açıqlayıb ki, kralın göstərişi ilə şahzadə Endrü Kral Hərbi Dəniz Qüvvələrinin vitse-admiral rütbəsindən məhrum ediləcək. Eyni zamanda, onun hərbi medallarının ləğvi məsələsinin hələlik gündəmdə olmadığı qeyd edilib.

Ekspertlər hesab edirlər ki, kralın bu qərarı həm monarxiyanın reputasiyasını qorumağa, həm də ictimai etimadı bərpa etməyə yönəlib. Bununla belə, məsələ Britaniya cəmiyyətində və mediada geniş rezonans doğurub.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr